Rusiyaya məxsus hərbi təyyarə Aralıq dənizində qəzaya uğrayıb

Rusiyaya məxsus hərbi təyyarə Aralıq dənizində qəzaya uğrayıb
# 14 noyabr 2016 18:22 (UTC +04:00)

Rusiyaya məxsus MİQ-29 qırıcı təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, qəza təlim uçuşu zamanı baş verən texniki nasazlıq səbəbindən baş verib.

Təyyarə “Admiral Kuznetsov” aviadaşıyıcı gəmiyə eniş edərkən suya düşüb. Pilot sağ qalıb, onun həyatına təhlükə olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR