İtaliyanın sabiq xarici işlər naziri şübhəli şəxs elan olunub

İtaliyanın sabiq xarici işlər naziri şübhəli şəxs elan olunub
# 14 fevral 2017 14:25 (UTC +04:00)

İtaliyanın sabiq xarici işlər naziri çirkli pulların yuyulmasında şübhəli bilinir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları sabiq nazirin vətəndaş nikahında olan həyat yoldaşı və digər iki qohumundan beş milyon avro məbləğində aktivləri müsadirə edib. Onlar çirkli pulların yuyulması və qanunsuz gəlir əldə etməyə dair Cinayət Məcəlləsinin 3 maddəsini pozmaqda ittiham olunur. Sabiq nazir iş üzrə şübhəli qismində keçəcəyi barədə bildiriş alıb.

Qeyd edək ki, C. Fini 2004-2006-cı illərdə İtaliyanın xarici işlər naziri, 2008-2013-cü illərdə isə parlamentin aşağı palatasının sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR