İlin ilk yarısında milli parklara 24 261 nəfər turist gəlib

İlin ilk yarısında milli parklara 24 261 nəfər turist gəlib
# 03 iyul 2018 08:02 (UTC +04:00)

Bu ilin 6 ayı ərzində ölkəmizdə fəaliyyət göstərən milli parklara ümumilikdə 24 261 nəfər turist səfər edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ( ETSN) APA-ya verilən xəbərə görə, gələn turistlərin 21 223 nəfəri yerli, 3038 nəfəri xarici vətəndaş olub.

Qeyd edilib ki, ötən illərin 6 ayı ilə müqayisədə turistlərin sayında artım müşahidə olunur.

Hazırda ölkədə milli park statuslu qorunan ərazilərin sayı 9-dur. Milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 ədəd turist marşrutu fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR