Perinatal Mərkəzdə Beynəlxalq vaxtından əvvəl doğulmuşlar Günü qeyd olunub

Perinatal Mərkəzdə Beynəlxalq vaxtından əvvəl doğulmuşlar Günü qeyd olunub
# 17 noyabr 2016 12:14 (UTC +04:00)

Bu gün Respublika Perinatal Mərkəzində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq vaxtından əvvəl doğulmuşlar Günü münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, Mərkəzin direktoru, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, hər il 17 noyabr bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq vaxtından əvvəl doğulmuşlar Günü kimi qeyd olunur. Onun sözlərinə görə, hər il dünyada 15 milyona yaxın (orta hesabla hər 10 doğulmuşdan biri) vaxtından əvvəl uşaq doğulur: "Bu cür körpələrdə yetkinsizliklə əlaqədar bir sıra problemlər, fəsadlar yarana bilər. Belə hallarda ana və uşağa xüsusi qulluq və tibbi yardım tələb olunur. Valideynlərə isə psixoloji dəstək lazımdır. Bu cür problemlərə cəmiyyətin diqqətini cəlb etmək üçün məhz bu bayram təsis olunub”.

Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov isə bildirib ki, ölkədə hər il həyata keçirilən doğuşların 10 faizi vaxtından əvvəl doğuş olur. Yarımçıq doğuşların səbəblərinin müxtəlif olduğunu deyən R.Hüseynov qeyd edib ki, burada əsas amil kimi hamiləlikdən öncəki hazırlığı, hamiləlikdən əvvəl və hamiləlik vaxtı ananın orqanizmində yaranan problemləri qeydə etmək olar.

Çıxışlardan sonra iştirakçı uşaqlara hədiyyələr bağışlanıb, azyaşlılar tərəfindən acıq havaya şarlar buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR