Nazir: "Gürcüstanın NATO-ya inteqrasiyası heç bir dövlətə təhlükə yaratmır"

Nazir: "Gürcüstanın NATO-ya inteqrasiyası heç bir dövlətə təhlükə yaratmır"
# 26 sentyabr 2017 15:13 (UTC +04:00)

“Gürcüstanın NATO-ya inteqrasiyası heç bir dövlət üçün təhlükə yaratmır.”

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili deyib. O bildirib ki, sabitlik üçün təhlükə Rusiya tərəfinin Gürcüstan ərazilərini işğalda saxlamasıdır: “Təhlükəsizlik üçün əsas təhdid Gürcüstan ərazilərinin işğalı, Abxaziya və Cənubi Osetiya bölgələrində hərbi hissələrin və heyətin sayının durmadan artırılmasıdır”.


Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu gün Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə danışıqlarının həmsədrləri ilə görüşdə NATO-nun Qafqaz regionunda, xüsusən də Gürcüstanda fəallaşmasını Rusiya üçün təhlükə adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR