Yevlaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Yevlaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 09 mart 2017 06:41 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF Yevlax rayonunun Yuxarı Bucaq kəndində işgüzar forum keçirib.

Sahibkarlardan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, həmçinin soya əkini, yun qəbulu məntəqəsi və pendir istehsalı müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR