Brent neftinin qiyməti 52 dollar ətrafında dəyişir

Brent neftinin qiyməti 52 dollar ətrafında dəyişir
# 14 oktyabr 2016 05:06 (UTC +04:00)

Bakı - APA -Economics. Dünya bazarında neftin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

"APA -Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,13 dollar artaraq 50,57 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar azalaraq 51,95 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR