Şirvanda reyd zamanı 48 sürücüyə qarşı inzibati cəza tətbiq edilib

Şirvanda reyd zamanı 48 sürücüyə qarşı inzibati cəza tətbiq edilib
# 21 noyabr 2016 14:39 (UTC +04:00)

Şirvan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan avtonəqliyyat vasitələri sürücüləri ilə bağlı keçirilən reyd zamanı 48 avtonəqliyyat vasitəsi barəsində inzibati cəza tətbiq edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şirvan regional bölməsinin birgə keçirdiyi reyd zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olan 48 avtonəqliyyat vasitəsinin idarə olunmasında qanun pozuntusu aşkar edilib. Keçirilən reyd zamanı qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan 19 sürücü, qanunsuz yükdaşıma ilə məşğul olan 21 sürücü və sərnişindaşıma qaydalarını pozan 8 avtobus sürücüsü barəsində inzibati protokollar yazılıb. Qeyd edilən avtomobillərin sürücülərinə qarşı cərimə sanksiyaları tətbiq edilib.

Növbətin reydlərin Hacıqabul və Sabirabad rayonlarında keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR