Azərbaycan XİN Berlində törədilmiş faciəvi hadisə ilə əlaqədar bəyanat yayıb

Azərbaycan XİN Berlində törədilmiş faciəvi hadisə ilə əlaqədar bəyanat yayıb
# 20 dekabr 2016 10:07 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar bəyanat yayıb.

APA-nın XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir:

“Biz, Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.

Qeyd olunur ki, Azərbaycanın Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR