Şirvanda vətəndaşın özünə xəsarət yetirmək cəhdinin qarşısı alınıb

Şirvanda vətəndaşın özünə xəsarət yetirmək cəhdinin qarşısı alınıb
# 18 noyabr 2017 09:13 (UTC +04:00)

Şirvanda polis əməkdaşları vətəndaşın özünə xəsarət yetirmək cəhdinin qarşısını alıblar.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildiriblər ki, Şirvan şəhər sakini, 42 yaşlı Cəlal İbrahimov sərxoş vəziyyətdə şəhərin mərkəzində xuliqanlıq hərəkətləri edib.

Bu zaman onu sakitləşdirmək istəyənlər olsa da, həmin şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb, boğazına dirəyərək özünə qəsd edəcəyini bildirib, qatı xuliqanlıq hərəkətlərini davam etdirib.

Hadisə yerinin yaxınlığında olan Şəhər Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində C. İbrahimovun hərəkətlərinin və özünə xəsarət yetirməsi cəhdinin qarşısı alınıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR