Rusiyadan Azərbaycana külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana külli miqdarda siqaretin gətirilməsinin qarşısı alınıb
# 26 dekabr 2016 14:24 (UTC +04:00)

Azərbaycan gömrük xidmətinin əməkdaşları Rusiyadan Azərbaycana külli miqdarda siqaretin gətirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı avtomaşının cihazlar lövhəsinin altından gömrük nəzarətindən gizlədilmiş 12500 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR