Ağdamda iki minik avtomobili toqquşub, sürücülər xəsarət alıb

Ağdamda iki minik avtomobili toqquşub, sürücülər xəsarət alıb
# 27 oktyabr 2016 00:35 (UTC +04:00)

Ağdam. Habil Məmmədli-APA. Ağdamda yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.

Kənd sakini Vüqar Əliyevin idarə etdiyi “VAZ 011” markalı avtomobil Taleh Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR