Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə aviasiya sazişi Azərbaycanda turizmin inkişafına təkan verəcək”

Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə aviasiya sazişi Azərbaycanda turizmin inkişafına təkan verəcək”
# 09 fevral 2018 11:48 (UTC +04:00)

“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya sahəsi üzrə imzalanacaq saziş Azərbaycanda turizmin inkişafına daha da təkan verəcək”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

E. Məmmədyarov bildirib ki, sazişlə bağlı danışıqlar hazırda davam etdirilir. Nazir Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində də dialoqlara ehtiyac olduğunu bildirib: “İnanıram ki, həm enerji, həm də nəqliyyat sahəsində əlaqələr gələcək inkişaf üçün vacibdir”.

E. Məmmədyarov fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Layihəsinin Məşvərət Şurasının dördüncü iclasının keçiriləcəyini xatırladıb: “İnanıram ki, bu il TANAP-ın açılışı baş tutacaq. Azərbaycan və Avropa İttifaqı regional, təhlükəsizlik məsələləri ilə bağlı davamlı fikir mübadiləsi aparırr. Düşünürəm ki, bu fikir mübadiləsi gələcəkdə təkcə Azərbaycan üçün deyil, həm də Avropa üçün faydalı olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR