DİN Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

DİN Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb
# 31 mart 2017 09:16 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 31-də saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli “Mercedes” markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus “Mercedes” markalı avtomobilə vurub. Nəticədə idarəetməni itirən S.Binnətlinin avtomobili yolu keçən paytaxt sakini Elçin Əliyevə dəyib və sonra ağaca çırpılıb. E.Əliyev və S.Binnətli hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR