Biləsuvar sakini qohumları tərəfindən bıçaqlanıb, anası döyülüb

Biləsuvar sakini qohumları tərəfindən bıçaqlanıb, anası döyülüb
# 05 yanvar 2018 13:39 (UTC +04:00)

Biləsuvar rayonunda ana döyülüb, oğlu isə bıçaqlanıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Bağbanlı kəndində qeydə alınıb. Belə ki, Şahəli İbayev və onun qardaşı Kainat İbayev əmilərinin evinə gedərək atalarının xəstə olduğunu bildiriblər.

Onlar əmilərinin həyat yoldaşı Şölə İbayevanı və onun oğlu Həsənəli İbayevi atalarına baş çəkmək üçün özləri ilə aparıblar. Yolda istiqaməti dəyişərək H.İbayevi maşından düşürüb döyüb, ona 5 bıçaq zərbəsi vurublar. Bu zaman davanı sakitləşdirməyə çalışan Şölə İbayeva da qohumları tərəfindən döyülüb. Hər iki şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həsənəli İbayevin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR