İmişlinin iki kəndində yem və toxum təmizləmə məntəqələri açılıb

İmişlinin iki kəndində yem və toxum təmizləmə məntəqələri açılıb
# 07 mart 2018 12:45 (UTC +04:00)

Bu gün ABŞ və Azərbaycan hökumətlərinin, habelə yerli sakinlərin birgə səyləri nəticəsində İmişli rayonunun Nurulu və Şahverdili kəndlərində yeni yem və toxum təmizləmə məntəqələrinin açılışı olub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu məntəqələr yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem əldə etməyə imkan yaradacaq.

Yeni məntəqələr həmin icmaların maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 600-ə yaxın ailənin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Həmin məntəqələri tikmək ideyası icmaların özlərindən gəlib. Onlar yerli liderlərdən ibarət şura quraraq bu layihələri işləyib hazırlayıblar. Bu layihələr Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

Məlumatda qeyd olunur ki, ABŞ və Azərbaycan 101 müxtəlif icmada 116 icma layihəsi, onlardan 62-si məhz Aran zonasında həyata keçirib. Bu layihələrdən 189 000-ə yaxın insan faydalana bilir. Bu layihələr Amerika xalqı adından göstərilən yardım sayəsində həyata keçirilib və EWMI tərəfindən icra olunub.

EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR