Yeni Kaledoniya sahillərində 6,7 maqnitudalı zəlzələ olub

Yeni Kaledoniya sahillərində 6,7 maqnitudalı zəlzələ olub
# 19 noyabr 2017 10:57 (UTC +04:00)

Bu gün Fransaya məxsus olan və Sakit okeanda yerləşən Yeni Kaledoniya adası sahillərində 6,7 maqntudalı zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 09.35 radələrində baş verən zəlzələnin ocağı Tadin şəhərindən 74 km şərqdə, 13 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR