Ağcabədidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Ağcabədidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
# 30 dekabr 2016 19:45 (UTC +04:00)

Ağcabədidə 3 nəfərin xəsarət almasına səbəb olan yol-qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Hindarx qəsəbəsində VAZ 2106 və VAZ 21099 markalı maşınların toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Süleymanov Rəvan Səxavət oğlu, onun həmyaşıdı Qurbanlı Nəsimi Eldəniz oğlu və hələ ki, şəxsiyyəti müəyyən olunmayan şəxs Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən xəbərə görə, yaralıların vəziyyəti orta- ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR