Bakıda obyektlərdən kondisioner oğurlayan şəxs tutulub

Bakıda obyektlərdən kondisioner oğurlayan şəxs tutulub
# 30 iyul 2015 10:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda obyektlərdən oğurluq edən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 29-da Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Valeriy Tsvetkova məxsus dərzi sexinin divarında quraşdırılmış kondisioner oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Masallı rayon sakini əvvəllər məhkum olunmuş Nazir Əsədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Aybək Bağırlıya və Rəşid Fərəcova məxsus mağazaların divarlarına quraşdırılmış kondisionerləri də oğurlaması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR