Dövriyyədə olan nağd pulların həcmi artıb

 Dövriyyədə olan nağd pulların həcmi artıb
# 11 yanvar 2017 09:45 (UTC +04:00)

Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 10,35% və ya 594,1 mln. manat artaraq ötən ilin dekabr ayının 1-nə 6 332,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, noyabr ayında dövriyyədə olan nağd pulların həcmi 41,3 mln. manat və ya 0,66% artıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə noyabrda dövriyyədə olan nağd pulların həcmi 915,4 mln. manat və ya 15,95% artıb.

Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 69,9% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR