XİN-də Bağdadda saxlanılan azərbaycanlı uşaqlarla bağlı görüş keçirilib

XİN-də Bağdadda saxlanılan azərbaycanlı uşaqlarla bağlı görüş keçirilib
# 22 sentyabr 2017 09:22 (UTC +04:00)

"Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların ölkəmizə gətirilməsi üçün İraqdakı səfirliyimiz İraq hökumətinin müvafiq orqanları ilə daim təmasdadır".

Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. H. Hacıyev bildirib ki, bu məsələ diqqət mərkəzindədir: “İraqın Azərbaycandakı səfirliyi ilə sıx təmasdayıq. Xarici İşlər Nazirliyində İraq səfirliyinin əməkdaşları ilə görüş keçirilib. Hazırda uşaqların ailə üzvlərinin kimliyinin müəyyənləşdirilməsi və bu kimi bəzi məsələlərlə bağlı işlər gedir”.

Qeyd edək ki, Bağdad sığınacağına yerləşdirilmiş 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Onlar ata-analarının öldüyünü bildiriblər. Rus mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin aparıldığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. Uşaqlar özləri haqda tam məlumat verə bilməsə də, təqdim olunan videomaterialda Abdulla valideynlərinin öldüyünü deyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR