Sığortaçılar Assosiasiyasına üzvlük haqlarının yeni metodla ödənilməsi təklif olunur

Sığortaçılar Assosiasiyasına üzvlük haqlarının yeni metodla ödənilməsi təklif olunur
# 10 iyul 2018 13:01 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası Birliyin nəzarət orqanı olan Müşahidə Şurasının növbəti iclasını keçirib.

Assosiasiyadan "APA-Economics"ə verilən məlumata görə, Birlik sədri Müşahidə Şurasının iclasında Birliyə üzv şirkətlərin üzvlük haqqının yeni metod – şirkətlərin bazar payına olan nisbəti əsasında ödənilməsi təklifi ilə çıxış edib. Bu qaydaya əsasən hər ilin üzvlük haqlarının şirkətin keçən ilki yığımlarına müvafiq müəyyən ediləcəyi bildirilib. Burada məqsəd şirkətin Birliyə ödəyəcəyi vəsaitin onun bazar payına mütənasib olmasından ibarət olduğu qeyd edilib. Bütün sığorta şirkətlərinin bununla bağlı mövqeyinin müəyyən edilməsi üçün məsələnin digər sığorta şirkətləri ilə də paylaşılması və daha sonra buna dair qərar verilməsi razılaşdırılıb.

Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır və Birliyin Nizamnaməsinə əsasən Müşahidə Şurası 9 üzvdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR