Azərbaycana Türkmənistandan toz-duman gəlib

Azərbaycana Türkmənistandan toz-duman gəlib
# 25 iyul 2018 14:46 (UTC +04:00)

Azərbaycana Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən APA-ya verilən məlumata görə, iyulun 25-də Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.

Buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Qeyd edək ki, atmosferdə müşahidə olunan toz 27 iyul 2018-ci il tarixinədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR