Salyanda bıçaqlanma hadisəsi baş verib

Salyanda bıçaqlanma hadisəsi baş verib
# 11 sentyabr 2015 06:55 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyanda gecə bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sentyabrın 11-i saat 03.30 radələrində Salyan sakini, Xəlil Rza küçəsi 14, mənzil 11 ünvanında yaşayan Baxışov Aqil Sədaqət oğlu sol baldır nahiyəsindən bıçaqlanma diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR