Bakıda ticarət mərkəzində intihara cəhd olub

Bakıda ticarət mərkəzində intihara cəhd olub
# 03 noyabr 2017 11:51 (UTC +04:00)

Bakıda intihara cəhdin qarşısı alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə ticarət mərkəzinin damına çıxıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırıblar. Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR