Bank Of Baku

TƏBİB: Koronavirusdan vəfat edənlərin 99%-i vaksin olunmayanlardır

TƏBİB: Koronavirusdan vəfat edənlərin 99%-i vaksin olunmayanlardır
# 20 avqust 2021 11:13 (UTC +04:00)

 

“Hər bir xəstəliyin profilaktikası onun müalicəsindən daha üstün tutulmalıdır”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, mart ayından bu günə qədər COVID-19-a yoluxub reanimasiyaya düşənlərin 96%-i peyvənd olunmayanlardır.

Y. Qarayeva qeyd edib ki, vəziyyəti ağırlaşıb süni tənəffüs aparatına qoşulan xəstələrin isə 97%-i vaksin olunmayanlardır: “Təəssüf ki, koronavirusdan vəfat edənlərin 99%-i vaksin olunmayan vətəndaşlarımızdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR