Özbəkistan elektron viza verilməsində Azərbaycanın təcrübəsini tətbiq edəcək

Özbəkistan elektron viza verilməsində Azərbaycanın təcrübəsini tətbiq edəcək
# 05 yanvar 2018 08:14 (UTC +04:00)

Özbəkistan hökuməti elektron viza verilməsində Azərbaycanın və Gürcüstanın təcrübəsini tətbiq edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Özbəkistanın Dövlət Turizm Komitəsi hazırda bu məsələ üzərində işləyir.

Yerli mediada qeyd edilib ki, elektron viza sistemi dünyanın müxtəlif ölkələrində tətbiq olunur və müsbət nəticələrini verir. Azərbaycan və Gürcüstanın təcrübəsi Özbəkistana daha çox uyğundur.

Qeyd edək ki, Azərbaycan Prezidentinin fərmanı ilə 2016-cı il iyunun 1-dən ölkədə “ASAN Viza” sistemi tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR