Əhliman Əmiraslanov: “Kök Hüceyrə Mərkəzinin yaradılması hava-su kimi lazımdır”

Əhliman Əmiraslanov: “Kök Hüceyrə Mərkəzinin yaradılması hava-su kimi lazımdır”
# 12 mart 2019 16:23 (UTC +04:00)

“Kök Hüceyrə Mərkəzinin yaradılması Azərbaycana hava-su kimi lazımdır”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə parlamentdə keçirilən orqan transplantasiyasına həsr olunmuş ictimai dinləmələr zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

Ə.Əmiraslanov deyib ki, artıq ölkə rəhbərliyi də bu məsələ barədə məlumatlıdır: “Hazırda İstanbulda 40 kök hüceyrə mərkəzi var. İnanıram ki, Azərbaycanda yaxın vaxtlarda Kök Hüceyrə Mərkəzi yaradılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR