“Qranada”nın futbolçusu Azərbaycan millisinə çağrılıb

“Qranada”nın futbolçusu Azərbaycan millisinə çağrılıb
# 25 fevral 2019 18:07 (UTC +04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. ONA-nın məlumatına görə, bu il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verəcək yığmamız Bakıda hazırlıq keçir.

Toplanışa 21 futbolçu qatılıb. Hazırlıq prosesində Nərmin Rəhmanova (8 №-li İOEUGİM), Asiyat Əliyeva (“Alektan”, Rusiya), Mislina Gözükara (“ALG Spor Klubu”, Türkiyə), Yuliya Nabiulina (“Çariçina”, Rusiya), Kristina Bakarandze (“Hakkarigücü”, Türkiyə), Roza Quliyeva, Firəngiz Teymurova, Süsən Mənsimzadə (hamısı “Keşlə”), Diana Məmmədova, Sevinc Cəfərzadə, Manə Mollayeva (hamısı “Kubanoçka”, Rusiya), Güləmbər Qasımova (“Qəbələ”), Natalia Rodelgo (“Qranada”, Madrid, İspaniya), Arzu Əliyeva, Kamilla Məmmədova, Vüsalə Hacıyeva, Cəmilə Hüseynova (hamısı “Qubek”), Aytac Şərifova, Aysun Əliyeva, Nərgiz Hacıyeva, Cəmilə Jilyakova (hamısı “Uğur”) iştirak edir.

Qeyd edək ki, toplanış martın 4-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR