Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçəcək

Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçəcək
# 21 avqust 2017 08:18 (UTC +04:00)

Sentyabrın 1-də Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçəcək. Azərbaycan Milli Elmlər APA-ya verilən xəbərə görə, NASA astronomları böyük bir asteroidin sentyabrın 1-də dünyanın yaxınlığından təhlükəsiz keçid edəcəyini bildiriblər. “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınından ötüb keçəcək.

Bununla əlaqədar NASA öz vebsaytına asteroidin keçmə anını əks etdirən GIF təsvir verib. Bildirilib ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq.

Qeyd edək ki, “Florence” asteroidi ilk dəfə 1981-ci ildə amerikalı astronom Schelte J.Bus tərəfindən kəşf edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR