Bakıda qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub

Bakıda qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub
# 02 fevral 2018 07:57 (UTC +04:00)

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə Keşlə qəsəbəsində Vüqar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Bərdə rayon sakini Vüqar Kazımov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 4 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

Vüqar Kazımov əvvəllər də üzərində qanunsuz olaraq odlu silah saxladığına görə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR