İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Səbail, Sabunçu və Nizami rayon Polis idarələrində monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Səbail, Sabunçu və Nizami rayon Polis idarələrində monitorinq keçirib
# 06 iyun 2018 09:38 (UTC +04:00)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Bakının Səbail, Sabunçu və Nizami rayon Polis idarələrində monitorinq keçirib.

Komitədən APA-ya verilən məlumata görə, monitorinqdə ictimai komitənin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov, hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və ekspertlər iştirak edib. Komitə nümayəndələri adı çəkilən polis idarələrinin müvəqqəti saxlanma yerlərinə baxış keçirib, orada saxlanılan şəxslər üçün yaradılmış şəraitlə tanış olublar. Monitorinq zamanı saxlanılan şəxslər onlara qarşı rəftardan və işgəncədən şikayət etməyiblər.

Komitə nümayəndələri bəzi nöqsanlarla bağlı tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR