Fransa Superkubokunun qalibi məlum olub

Fransa Superkubokunun qalibi məlum olub
# 29 iyul 2017 23:11 (UTC +04:00)

Fransada ölkə Superkubokunun qalibi məlum olub.

APA-nın məlumatına görə, Mərakeşin “Stad de Tanjer” stadionunda keçirilən görüşdə PSJ “Monako” ilə qarşılaşıb.

Matç PSJ-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Paris klubu ardıcıl 5-ci dəfə, tarixində isə 7-ci dəfə Fransa Superkubokunun qalibi olub.

Fransa Superkuboku

PSJ-“Monako” 2:1

Qollar: Dani Alves (51 dəq), Rabio (63); Sidibe (30)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR