Zakir Həsənov və Fuad Ələsgərov cəbhədə yerləşən hərbi hissələrdə olub

Zakir Həsənov və Fuad Ələsgərov cəbhədə yerləşən hərbi hissələrdə olub
# 24 yanvar 2018 07:41 (UTC +04:00)

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR