İsveçrədə  atom enerjisindən imtina ilə bağlı referendum keçirilir

İsveçrədə  atom enerjisindən imtina ilə bağlı referendum keçirilir
# 27 noyabr 2016 08:03 (UTC +04:00)

Bu gün İsveçrədə atom enerjisindən istifadədən tezliklə imtina edilməsini nəzərdə tutan referendum keçirilir.

APA-nın “Deutsche Welle” nəşrinə istinadən verdiyi məlumata görə, bu təşəbbüsün müəllifi Yaşıllar Partiyasıdır.

Yaşıllar Partiyası atom elektrik stansiyalarının (AES) istismarının müddətinin 45 illə məhdudlaşdırılmasını təklif edib. nəzərdə tutan referendum keçirilir. Əgər referendumda təşəbbüs dəstəklənərsə, 3 AES gələn il olmaqla, növbəti 13 ildə ölkədəki 5 AES-in hamısı fəaliyyətini dayandıracaq. İctimai rəy sorğularına əsasən, əhalinin əksəriyyəti tezliklə atom enerjisindən imtina edilməsini dəstəkləyir.

Səsvermənin nəticələri yerli vaxtla saat 16.30-da məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR