Bakıda keçmiş məhkumdan 4 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumdan 4 kq narkotik götürülüb
# 10 fevral 2017 09:27 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Oğuz Babayevdən 4 kiloqram 585 qram marixuana götürülüb.

O. Babayevin əvvəllər də məhkum olunduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR