Yunanıstan qaçqınların işi üzrə əlaqələndirmə mərkəz yaradacaq

Yunanıstan qaçqınların işi üzrə əlaqələndirmə mərkəz yaradacaq
# 02 sentyabr 2015 18:31 (UTC +04:00)

Bakı-APA. Yunanıstan hökuməti qaçqınların işi üzrə əlaqələndirmə mərkəzin yaradılması barədə qərar qəbul edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yunanıstan nazirlər kabinetinin mətbuat xidmətindən bildirilib.

Mərkəz miqrantların ölkəyə qəbulu və yerləşdirilməsi işini daha effektiv şəkildə təmin etməlidir.

Miqrasiya üzrə beynəlxalq təşkilatın hesablamalarına görə, ilin əvvəlindən Aralıq dənizi ilə Avropaya gələnlərin sayı 350 min nəfəri keçib. Bu müddət ərzində Yunanıstana 218 072, İtaliyaya 114 276, İspaniyaya isə 2 166 nəfər gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR