Bolqarıstanın Universitet Rektorları Şurasının sədri BANM-də olub

Bolqarıstanın Universitet Rektorları Şurasının sədri BANM-də olub
# 16 oktyabr 2017 10:07 (UTC +04:00)

Bolqarıstanda Universitet Rektorları Şurasının sədri və eyni zamanda İvan Rilski adına Dağ-Mədən və Geologiya Universitetinin rektoru Lyuben Totev və Bolqarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq bölməsinin rəhbəri Kiril Apostolov Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub.

BANM-dən APA-ya bildirilib ki, universitetlərarası əməkdaşlığın və dostluğun yaradılması məqsədilə təşkil olunan görüşdə BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları Ali Məktəbin strukturu, fəaliyyəti və qısa müddətdə əldə etdiyi nailiyyətləri ilə tanış edib.

Lyuben Totev BANM-də təhsil alan tələbələrin bilik səviyyələrinin statistik göstəriciləri ilə maraqlanaraq bu nəticələri çox yüksək qiymətləndirib.

BANM və onun fəaliyyətinə böyük maraq göstərən qonaqlar gələcəkdə yarana biləcək birgə əməkdaşlığın müxtəlif sahələrindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR