Balakəndə maşın beton maneyəyə çırpılıb, sürücü ölüb

Balakəndə maşın beton maneyəyə çırpılıb, sürücü ölüb
# 24 iyul 2017 10:29 (UTC +04:00)

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 23-də saat 15 radələrində Balakən rayonunun Sarıbulaq kəndi ərazisində rayon sakini Məhəmməd Bağdatov “VAZ-2107” markalı avtomobili idarə edərkən insult keçirdiyindən avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR