Qubada istirahət mərkəzində yanğın olub

Qubada istirahət mərkəzində yanğın olub
# 26 iyul 2015 04:32 (UTC +04:00)

Bakı-APA. Qubada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan istirahət mərkəzində mətbəxin yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR