Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan veloyürüş keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan veloyürüş keçirilib
# 28 may 2018 08:53 (UTC +04:00)

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında veloyürüş keçirilib.

DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR