Şirvan sakininə 70 manata görə 8 illik həbs cəzası verilib

Şirvan sakininə 70 manata görə 8 illik həbs cəzası verilib
# 30 yanvar 2017 13:18 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Orxan Xurşudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, O. Xurşudlu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 22-də Orxan Mürsəlovun 70 manat pulunu quldurluq yolu ilə almış Şirvan şəhər sakini Orxan Xurşudlu tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR