Vyanada naməlum şəxslər qaçqın düşərgəsini yandırmağa cəhd edib

Vyanada naməlum şəxslər qaçqın düşərgəsini yandırmağa cəhd edib
# 27 noyabr 2016 19:02 (UTC +04:00)

Avstriyanın paytaxtı Vyanada naməlum şəxslər qaçqın düşərgəsinin ərazisinə “Molotov kokteyli” atıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkən olmayıb.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, 2016-cı ildə qonşu Almaniyada qaçqın sığınacaqlarının yandırılması ilə bağlı 63 cinayət faktı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR