Bakıda maskalı şəxs evə basqın edib

Bakıda maskalı şəxs evə basqın edib
# 21 oktyabr 2016 08:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evinə basqın olub.

APA-nın məlumatına görə, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1944-cü il təvəllüdlü Hətəm Namazovun yaşadığı evə daxil olan maskalı şəxs onu döyərək pul tələb edib. Ev sahibinin səs-küy saldığını görən maskalı şəxs qaçıb.

Baş vermiş hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırmalar başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR