Quba və Xaçmazda biçilmiş taxıl sahələri yanıb

Quba və Xaçmazda biçilmiş taxıl sahələri yanıb
# 15 avqust 2015 23:14 (UTC +04:00)

Bakı-APA. Quba və Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 10 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından muhafizə olunub.

Xaçmaz rayonu, Xudat şəhərində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi və 3 ha sahədə kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR