Səfir: "Azərbaycanla Rusiya yeni perspektivlər axtarmalıdır"

Səfir: "Azərbaycanla Rusiya yeni perspektivlər axtarmalıdır"
# 01 noyabr 2016 09:01 (UTC +04:00)

"Dünya iqtisadiyyatında dinamik proseslər yeni situasiyaya uyğunlaşmağı tələb edir". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumda deyib.

"Dünyada neftin qiymətinin endiyi bir şəraitdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər axtarılmalıdır", - deyə səfir qeyd edib.

Diplomat bildirib ki, Azərbaycan-Rusiya regionlararası forumu gələcək əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyən etməyə kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR