AMEA-nın 2 institutunda direktor vəzifəsinin tutulması üzrə seçki keçirilir

AMEA-nın 2 institutunda direktor vəzifəsinin tutulması üzrə seçki keçirilir
# 25 oktyabr 2017 16:33 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti 2 elmi tədqiqat müəssisəsində direktor vəzifəsini tutmaq üçün seçki elan edib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, seçkilər Biologiya və Tibb Elmləri Bölməsi üzrə AMEA-nın Botanika İnstitutu və AMEA-nın Dendrologiya İnstitutu üzrə aparılacaq.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər. Namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR