Bakıda top mərmiləri tapılıb

Bakıda top mərmiləri tapılıb
# 14 avqust 2017 14:20 (UTC +04:00)

Bakıda top mərmiləri tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi - dəmir yolu xəttinin kənarında qazıntı aparılan əraziyə baxış keçirilib.

Nəticədə 2 ədəd 115 mm-lik top mərmisi (BM-21) aşkar edilərək götürülüb, 240 kv.m ərazi yeraltı və 900 kv.m ərazi yerüstü yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR