Kerri-Lavrov görüşü dekabrın 8-də Hamburqda baş tutacaq

Kerri-Lavrov görüşü dekabrın 8-də Hamburqda baş tutacaq
# 07 dekabr 2016 01:41 (UTC +04:00)

ABŞ dövlət katibi Con Kerri cə Rusiya XİN rəhbəri Sergey Lavrov Almaniyanın Hamburq şəhərində görüşə bilərlər. Bu barədə APA “Assoşieyted Press”ə istinadən xəbər verir.

“Kerri dekabrın 8-də Hamburqda Rusiya XİN rəhbəri Sergey Lavrovra görüşməyi və irəliləyiş üçün yollar tapmağa çalışacaq”, - deyə məlumatda bildirilir.

Ötən gün Kerri Suriyaya dair siyasi danışıqlara başlanmasının vacibliyi barədə Rusiya ilə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

Rusiya XİN rəhbəri Mariya Zaxarova ötən gün bildirib ki, Lavrov 8-9 dekabrda Hamburqda ATƏT XİN rəhbərlərinin iclasında iştirak edəcək . Tədbir çərçivəsində onun bir neçə görüşlər keçirmək niyyətində olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR