Azərbaycan boksçuları Minskdə 5 medal qazanıblar

Azərbaycan boksçuları Minskdə 5 medal qazanıblar
# 07 avqust 2017 08:40 (UTC +04:00)

Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.

Turnirdə mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb. Millimizin heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Umud Rüstəmov (56 kq) yarışı 3-cü pillədə başa vurub.

Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər.

Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR